Turist Almaniyadan piyada Azərbaycana gəldi- FOTO
26.04.2017 885 0.0 0

Almaniyadan olan turist piyada Azərbaycana gəlib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, əslən İran İslam Respublikasından olan 45 yaşlı Şahin Tivay Sadatolhosseini uzun illərdir Almaniyada yaşayır. Səyyah anadan olduğu ölkəyə səyahət etməyə qərar verib. Lənkəranda dəmir həlqələrlə gəzən almaniyalı səyyah görənlərin marağına səbəb olub.

O, Almaniyada çalışdığı universitetdən xüsusi gimnastika aləti götürərək səyahətə çıxıb. Dəmir həlqələrlə səyahətə çıxan turist 492 gündən sonra Lənkərana çatıb. Şahin Tivay Sadatolhosseini bununla insanları ilhamlandırmaq, onlara səyahət etməyin, piyada sərhədləri aşmağın necə asan olduğunu göstərmək istədiyini deyib.

 

O, 3 gün ərzində İrana keçərək səfərini 3 aya Tehranda yekunlaşdırmağı planlaşdırdığını bildirib. Səyyah həmçinin gimnastika alətini Tehranda muzeyə hədiyyə edəcəyini açıqlayıb.

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar