«TURAZ Şahini-2016» taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib
10.03.2016 472 0.0 0


Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TURAZ Şahini-2016" taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib. 
Brifinqdə çıxış edən general-leytenant Haluk Şahar təlim iştirakçılarını salamlayb. O, çıxışının əvvəlində Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarını xatırladaraq keçirilən təlimlərin hər iki dövlətin Silahlı Qüvvələrinin tarixində önəmli rol oynadığını vurğulayıb.
Sonra "TURAZ Şahini-2016" təlimlərinin açılış brifinqi təqdim olunub, vəzifələrin mahiyyəti və tapşırıqların icrası ilə bağlı təlimatlar iştirakçılara çatdırılıb.
Təlimlərin məqsədi beynəlxalq manevr üsullarına uyğun olaraq qarşıya qoyulan vəzifələri icra etmək, sistem fərqlilikləri olan təyyarələrin birlikdə təhlükəsiz uçuş qaydalarını dərindən öyrənmək, vəzifələrin palanlaşdırılması, həyata keçirilmə metodları, hava-hava, hava-yer atışlarında təcrübə mübadiləsini və iki ölkənin hərbi hava qüvvələri arasındakı əlaqələrin inkişafını təmin etməkdir.
Uçuşlar zamanı tapşırıqların asandan çətinə doğru artırılması planlaşdırılıb.
Təlimlər davam edir.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar