Tunisin yeni prezidenti məlum oldu
14.10.2019 510 0.0 0

Tunisdə prezident seçkilərinin ikinci mərhələsinin qeyri-rəsmi nəticələri açıqlanıb.

İHA-ya istinadən xəbər verilir ki, “Sigma” monitorinq şirkətinin açıqladığı rəqəmlərə görə, bitərəf namizəd Qeys Səid səslərin 76 faizini qazanıb.

Onun ən böyük rəqibi, Tunisi Qəlbi Partiyasının rəhbəri Nebil Karvi isə 23 faiz səs toplayıb.

Tunis Ali Seçki Komissiyası səsvermədə 7 milyon 155 min nəfərin iştirak etdiyini açıqlayıb. Bu isə ümumi seçicilərin 57,8 faizidir.

Qeyd edək ki, birinci mərhələdə Qeys Səid 18,4 faiz, Nebil Kervi isə 15,6 faiz səs qazanmışdı./baku.ws/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar