Trampın tibbi müayinəsinin nəticələri açıqlanıb
17.01.2018 777 0.0 0

"Donald Trampın səhhəti mükəmməldir”.

 

"RİA Novosti"yə istinadən verilən xəbərə görə, bunu ABŞ prezidentini müalicə edən həkim Roni Cekson deyib. O bildirib ki, Donald Tramp sağlamlıqla bağlı çox yaxşı göstəricilərə malikdir: “Çox güman ki, bu vəziyyət onun prezidentliyi müddətində dəyişməyəcək. Bu, həmçinin onunla əlaqədardır ki, o, siqaret çəkmir və spirtli içki içmir. Prezident psixi testdən də son dərəcə yaxşı keçib”.

 

Həkim qeyd edib ki, D. Trampın təzyiqi və ürəyinin fəaliyyəti normal vəziyyətdədir. Həkimin yeganə narahat olduğu məsələ xolesterinin səviyyəsidir. Onun sözlərinə görə, ABŞ prezidentinin çəkisi 108 kiloqramdır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar