Trampın Pentaqon rəhbəri postuna namizədi məlum olub
20.11.2016 688 0.0 0

Bu gün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqon rəhbəri postuna namizəd kimi Dəniz Piyadaları Korpusunun generalı Ceyms Mettisi düşündüyünü təsdiqləyib.
 
Məlumata görə, D. Tramp bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
D. Tramp Pentaqon rəhbəri kimi düşündüyü C. Mettislə dünən keçirdiyi görüşün onda böyük təəssürat yaratdığını bildirib.
 
Qeyd edək ki, D. Tramp bundan öncə C. Mettisin Pentaqon rəhbəri postuna namizədliyi barədə düşünəcəyini bəyan etmişdi. D. Tramp dünən C. Mettis ilə keçirdiyi görüşdən əvvəl ona  müdafiə naziri postunu təklif  edib-etməyəcəyi barədə suala da konkret cavab verməmiş, bu məsələyə baxacağını bildirmişdi./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar