Trampın montajlanmış fotosunun əsli ortaya çıxdı
31.10.2019 129 0.0 0

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi əməliyyatında iştirak edən iti mükafatlandıraraq, onun montajlanmış fotosunu Tvitter hesabında paylaşıb.

 

Qazeta.info “Qafqazinfo”ya istinadən məlumatına görə, bir qədər sonra sözügedən fotonun əsli üzə çıxıb. Məlum olub ki, həmin fotoda itlə əvəzlənən Vyetnam qazilərindən biri imiş. Fotonun əsli Trampın qazinin boynuna medal taxdığı an çəkilib.

Həqiqi şəklin ortaya çıxması sosial şəbəkədə müzakirəyə səbəb olub.

 

 


Digər xəbərlər:
Şərhlər
avatar