Trampın mətbuat konfransı kompomatla bağlı bəyanatlarla başlayıb
12.01.2017 793 0.0 0

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Nyu-Yorkda keçirdiyi mətbuat konfransı ona qarşı səsləndirilən kompromatdan başlayıb.

“Gazeta.ru”-ya istinadən verilən xəbərə görə, Trampın nümayəndəsi mətbuat konfransını açarkən KİV-də yer alan son məlumatların həqiqətə uyğun olmadığını bildirib.
 
Tramp “BuzzFeed” saytında yer alan anonim məruzəni cəfəngiyat adlandıraraq,  adıçəkilən xəbəri yaymayan KİV-lərə minnətdarlığını bildirib.
 
Qeyd edək ki, senator Con Makkeyn ötən ilin sonunda Trampla əlaqədar kompromat xarakterli məlumat alaraq Federal Təhqiqatlar Bürosunun rəhbərinə ötürdüyünü bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar