Trampın məsləhətçisi Moskvaya səfər edib- VİDEO
08.12.2016 885 0.0 0

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın məsləhətçisi Karter Peyc Rusiyaya səfər edib.

 

“RİA Novosti”yə istinadən yayılan məlumata görə, K. Peyc səfəri zamanı nüfuzlu iş adamları və ictimai fikir formalaşdıran şəxslərlə görüşəcəyini bildirib. Onun dekabrın 13-nə qədər Rusiya paytaxtında qalacağı gözlənilir.

 

Qeyd edək ki, seçkiqabağı kampaniya zamanı Karter Peyc Donald Trampa Rusiya ilə münasibətlərə dair məsələlər üzrə məsləhətlər verib. Onun qənaətinə görə, rəsmi Vaşinqtonla Moskvanın birgə maraqları var, lakin amerikalı siyasətçilər çox vaxt Rusiya tərəfinin istəklərini nəzərə almayaraq rədd edir./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar