Trampın fəaliyyətindən narazıların sayı artıb
13.02.2017 572 0.0 0

Amerikalıların 55 faizi Trampın fəaliyyətindən narazıdır.

 

Məlumata görə, bunu "Gallup" İctimai Araşdirma İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri göstərib.

 

Rəy sorğusunda iştirak edənlərin 40%-i yeni prezidentin fəaliyyətini dəstəkləyib, 55%-i isə Trampın fəaliyyətindən narazı qaldıqlarını bildiriblər.

 

Qeyd olunur ki, sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də  Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. "Gallup" İnstitutunun gündəlik sorğularında 1 500 ABŞ vətəndaşı iştirak edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar