Tramp və Merkel arasında ilk görüş keçiriləcək
03.03.2017 795 0.0 0

Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin nümayəndəsi Ştefan Zaybert bildirib.
 
Onun sözlərinə görə, görüş martın 14-də, Vaşinqtonda baş tutacaq.
 
Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar