Tramp Senatın ona bəraət qazandıracağından tamamilə əmindir
19.12.2019 156 0.0 0

ABŞ prezidenti Donald Tramp impiçment proseduru çərçivəsində Senatın ona tamamilə bəraət qazandıracağına əmindir.

"TASS"a istinadən verilən məlumata görə, bu barədə Ağ Evin mətbuat katibinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Prezident əmindir ki, Senat Nümayəndələr Palatasında prosedurlar zamanı nəzərə alınmayan qaydaları, ədaləti və məhkəmə icraatını bərpa edəcək. Prezident növbəti addımlara hazırdır və əmindir ki, o, tamamilə bəraət qazanacaq. Prezident Tramp vəzifəyə başladığı zaman etdiyi kimi, bundan sonra da amerikalıların ehtiyac və prioritetlərini qarşılamaq üçün çox çalışmağa davam edəcək".

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası vəzifədən sui-istifadə və Konqresin təhqiqatına maneə olmaq maddələri ilə ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.

Nümayəndələr Palatasında səsvermədən sonra iş Senata keçir və Senat D.Trampla əlaqədar məhkəmə prosesi keçirməlidir.

Prezidentin hakimiyyətdən kənarlaşdırılması üçün senatorların üçdə ikisinin səsi olmalıdır. Senatda çoxluq təşkil edən respublikaçılar D.Trampın impiçmentinə səs vermək niyyətində deyillər./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar