Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb
14.08.2017 949 0.0 0

ABŞ prezidenti Donald Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb.

 

Məlumata görə, bu barədə o, “Twitter”də yazıb. “Bu səhər Vaşinqtona qayıdıram. Çoxlu iş görmək lazımdır. Ticarət də hərbi məsələlər üzərində diqqəti cəmləşdirəcəyəm”, - deyə Tramp qeyd edib.  

 

Xatırladaq ki, D. Tramp avqustun 4-də 17 günlük “işgüzar məzuniyyət”ə yollanıb. Onun sözçüləri bildiriblər ki, Ağ Evdə soyutma və isitmə sistemləri təmir olunduğu üçün prezident məzuniyyətə gedir və orada çalışacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar