Tramp impiçmentlə bağlı sorğunun nəticələri ilə razılaşmayıb
16.12.2019 449 0.0 0

ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalının Birləşmiş Ştatlar sakinlərinin 50%-dən çoxunun dövlət başçısının impiçmentini dəstəkləməsi ilə bağlı sorğusunun nəticələrini qeyri-dəqiq hesab edir.

Bildirək ki, bu barədə Tramp özünün "Twitter"dəki səhifəsində yazıb.

"Fox News"un sorğuları, həmişəki kimi qeyri-dəqiqdir, güclü şəkildə demokratlara tərəf əyilirlər. Bu gülməlidir. 2016-cı ildə də belə idi. Onlar hər şeyi yanlış etdilər", - deyə ABŞ prezidenti bildirib.

Telekanalın saytında dərc edilmiş sorğunun nəticələrinə əsasən 50% respondent Trampın impiçment yolu ilə hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləyir. Sorğuda iştirak edənlərin 4%-i impiçmentlə razılaşıblar. Lakin istefanın əleyhinə çıxıblar. 

Respondentlərin 41%-i bildirib ki, onlar impiçmentə qarşıdır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar