Tramp II Elizabet ilə görüşə helikopterlə gəlib - VİDEO
03.06.2019 538 0.0 0

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya Kraliçası II Elizabet ilə görüşüb.

CNN-ə istinadən xəbər verilir ki, bu, D.Trampın Birləşmiş Krallığa ikigünlük rəsmi səfəri çərçivəsində ilk rəsmi qəbuldur.

ABŞ prezidenti Bukingem sarayına həyat yoldaşı ilə birgə helikopterlə gəlib. Qeyd olunur ki, nəqliyyatın bu növü təhlükəsizlik məqsədləri üçün seçilib.

Şahzadə Çarlz Trampı sarayın qərb terasına qədər müşayiət etdikdən sonra prezident gülərüzlə Kraliçanı salamlayıb.

Prezident və xanımı Melanya Tramp Kraliça ilə nahar yeməyində iştirak edəcək./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar