Tramp Fələstinə yardımı dayandırdı
26.01.2017 833 0.0 0

ABŞ prezidenti Donald Tramp Fələstin üçün ayrılan 221 mln. dolların köçürülməsini dondurub.    

 

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Məlumata görə, ABŞ nümayəndələri Fələstinin baş naziri Rami Həmdullahı vəsaitin köçürülməyəcəyi barədə məlumatlandırıblar.      

 

Əvvəlki prezident Barak Obama səlahiyyətlərinin başa çatmasına bir neçə saat qalmış Fələstinə   221 mln. dollar həcmində yardımın ayrılmasına dair sərəncam imzalamışdı.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar