Tramp Danfordun Gerasimovla Bakıda keçirilən görüşündən məmnundur
24.02.2017 799 0.0 0

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Dövlət Departamentinin rəhbəri Reks Tillersonun Rusiya XİN rəhbəri Sergey Lavrovla Almaniyadakı və ABŞ silahlı qüvvələri Baş Qərargah  rəislərinin Birləşmiş Komitəsinin sədri general Cosef Danfordun Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla Azərbaycandakı görüşü çox məhsuldar olub.

RİA Novostiya istinadən verilən xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin rəsmi nümayəndəsi Şon Spayser bildirib.

Bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford  Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. 

Rusiya Müdafiə Nazirliyi isə yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin baş vermə riskinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar