Tramp ABŞ-ın ən varlı adamlarının sıyahısında geriləyib
03.10.2019 425 0.0 0

ABŞ Prezidenti Donald Trampın sərvəti ikinci ildir ardıcıl olaraq 3,1 milyard dollar civarındadır.

Məlumata görə, Forbes jurnalının məlumatına görə, ABŞ lideri 2019-cu ildə ölkənin ən varlı 400 insanı siyahısında (Forbes-400) 275-ci yeri tutub.

Qeyd olunub ki, bu, 2018-ci illə müqayisədə 16 pillə aşağıdır. Tramp prezident olmamışdan qabaq reytinqdə 119 pillə daha irəlidə idi.

Nəşr Trampın maliyyə vəziyyətinin tamamilə statik olmadığını da əlavə edib. Belə ki, onun adının çəkildiyi hər hansı bir iş zərər görür./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar