Tramp ABŞ-da müəllimlərə silah verilməsini təklif edib
22.02.2018 683 0.0 0

ABŞ prezidenti Donald Tramp məktəb müəllimlərinə silah verilməsini təklif edib.

 

RT-yə istinadən verilən xəbərə görə, ABŞ lideri bu barədə Florida ştatından olan müəllim və şagirdlərlə görüşdə deyib.

 

Onun sözlərinə görə, bununla bağlı təhsil işçiləri xüsusi təlim keçməli, təhlükəsizliyin təmin edilməsi üçün keçmiş hərbçilər məktəblərdə işə cəlb olunmalıdır.  

 

Qeyd edək ki, fevralın 14-də ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfər ölüb. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar