Toya hazırlaşan qız faciəvi şəkildə öldü
18.05.2015 756 0.0 0

Ötən gün Siyəzən rayonunda 21 yaşlı nişanlı qız faciəvi şəkildə ölüb. 

Məlumata görə, hadisə dünən saat 16 radələrində Siyəzən şəhər, Heydər Əliyev prospektində baş verib.

Həmin ərazidə 1987-ci il təvəllüdlü Məharim Firuz oğlu Məmmədovun idarə etdiyi "PAZ" markalı 53 AG 313 dövlət nömrə nişanlı avtobus yoldan keçən 1991-ci il təvəllüdlü Bülufər Əmirağa qızı Əliyevanı vurub. Gənc qız hadisə yerində ölüb.

Qeyd edək ki, Nülufər Əliyeva nişanlı olub. Bu yaxınlarda toyu olacaqdı.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar