Tovuzda itkin düşmüş 10 yaşlı qızın yandırılmış meyiti tapılıb - FOTO
07.01.2020 361 0.0 0

Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.

"Report"un məlumatına görə, 2019-cu il noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kəndində yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, hadisə ötən il noyabrın 21-i gecə saatlarında baş verib. N.Quliyeva axşam saatlarında qonşuluqdakı toya hazırlığa  gedib. Babası ondan evə gedərək gödəkcəsini gətirməsini istəyib. Bundan sonra N.Quliyevadan heç bir xəbər olmayıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar