Tovuzda evdə baş verən yanğın nəticəsində ər-arvad ölüb
24.02.2018 908 0.0 0

Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb. 

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Hadisə nəticəsində dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.

Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar