Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən uzaqlaşdırılıb
14.02.2018 1001 0.0 0

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

Qazeta.info "Report"-a istinadla bildirir ki, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar