Tofiq Yaqublu buraxıldı
24.04.2015 639 0.0 0

Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılıb.

Qazeta.info bildirir ki, bu barədə ANS PRESS-ə Tofiq Yaqublunun vəkili Nemət Kərimov bildirib. O qeyd edib ki, Tofiq Yaqublu artıq azadlıqdadır. 

Nemət Kərimov həmçinin əlavə edib ki, Nərgiz Yaqublunun vəfatı ilə bağlı mərasim Tofiq Yaqublunun Qaraçuxurdakı evində keçiriləcək.

Qeyd edək ki, dünən Penitensiar xidmət İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilmişdi ki, onun azad olunması üçün lazımı sənədlər işlənir


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar