Tıxacların azalması üçün təklif: Elektrik qatarları bərpa olunsun
22.11.2017 861 0.0 0

Bakıda elektrik qatarlarının fəaliyyəti bərpa edilsə, bu, şəhərdə tıxacların azalmasına səbəb ola bilər.

Məlumata görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Deputat bildirib ki, elektrik qatarlarının bərpası həm də ekoloji durumun yaxşılaşmasına səbəb olacaq.

Ç.Qənizadə hesab edir ki, elektrik qatarlarının bərpası turizmin inkişafına da müsbət təsir göstərə bilər./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar