Tillerson: ABŞ Rusiya ilə işləmək istəyir
07.08.2017 645 0.0 0

ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, Amerika Birləşmiş Ştatları Rusiya ilə işləmək istəyir və iki ölkə arasındakı fikir ayrılıqlarına görə, əlaqələri kəsmək mənasızdır.

 

 

 

 

 

Məlumata görə, o, bunu avqustun 6-da Manilada rusiyalı həmkarı Sergey Lavrovla görüşünü şərh edərkən deyib. O, əlavə edib ki, Rusiya da vəziyyəti müzakirə etməyə və Ukrayna ilə bağlı məsələdə irəliləyişə doğru yol tapmağa hazır olduğunu bildirib.

R.Tillersonun sözlərinə görə, o, ABŞ-ın Rusiya ilə münasibətlərini praqmatik görür və problemlər həll oluna bilər./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar