Terrorçuların lideri həbsxanadan qaçarkən öldürüldü
29.07.2015 582 0.0 0

"Laşkar-i-canqvi" silahlı sünni qruplaşmasının təsisçisi Malik İshaq Pakistanın Pəncab əyalətində yerləşən həbsxanadan qaçmağa cəhd edərkən atışma zamanı öldürülüb.

Polis nümayəndəsinin verdiyi məlumata görə, iyulun 29-da qruplaşma liderinin tərəfdarları onu nəql edən həbsxana konvoyuna hücum edib.

 


Yaraqlılar həbsxana konvoyuna hücum edib

Baş vermiş atışma nəticəsində İshaq, onun iki oğlu və daha 11 yaraqlı öldürüldü.

Qeyd edək ki, "Laşkar-i-canqvi" silahlı sünni qruplaşması 2013-cü ildə Kvetta şəhərində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Terror aktı nəticəsində 80-dən çox insan həlak olub.

Pəncab əyalətinin daxili işlər naziri Şuya Xanzadə artıq sünni liderinin qətlə yetirilməsini təsdiqləyib. O əlavə edib ki, hücum zamanı 6 polis işçisi yaralanıb.

Xatırladaq ki, "Laşkar-i-canqvi" qruplaşması Pakistanda 2001-ci ildə qadağan edilib. 2003 ildə isə ABŞ hökuməti onu yüzlərlə şiə müsəlmanlarının qətlində ittiham edərək beynəlxalq terrorçu təşkilatlarının siyahısına daxil edib./anspress/

 


"Laşkar-i-canqvi" silahlı sünni qruplaşmasının lideri Malik İshaq


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar