Terrorçu kəsilmiş başla çəkdiyi selfini Amerikaya göndərib
28.06.2015 771 0.0 0

Fransanın Lion şəhəri yaxınlığında törədilmiş terror aktına görə ittiham edilən şəxs kəsilmiş kişi başı ilə şəkil çəkib və selfini WhatsApp-la Şimali Amerikadakı abonentə göndərib. 

Bu barədə “Franse Press” agentliyi məlumat yayıb. İstintaqdakı mənbənin bildirdiyinə görə, bununla belə, şəkli alanın yerini müəyyənləşdirmək hələ ki, mümkün olmayıb. 

Az öncə xəbər verilmişdi ki, başı kəsilən kişi terrorçunun keçmiş rəisi olub. 

Qeyd edək ki, Sent Quentin Fallavier bölgəsində sənaye qaz zavodunda baş verən hadisə bir nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnib. Fransa prezidenti Fransua Olland zavoda hücumu terror aktı kimi qiymətləndirib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar