Terror təşkilatı açıqlama yaydı: Atəşkəs bitdi
25.07.2015 1318 0.0 0

Bu gecə Şimali İraqda olan PKK terror təşkilatına aid hədəflərin bombardıman olunmasından sonra təşkilat açıqlama yayıb. məlumata görə, PKK-ya yaxın xəbər mənbələri bildirib ki, təşkilat açıqlama yayaraq Türkiyə Silahlı Qüvvələrinin (TSK) sərddən kənar əməliyyatından sonra atəşkəsin hüquqi qüvvəsinin qalmadığını qeyd edib. 

 

 

Türkiyə ordusu PKK hədəflərinə dəqiq zərbələr endirib 

 

 

“Xalq Müdafiə Mərkəzi qərargahımız tərəfindən atəşkəsin TC (Türkiyə Cümhuriyyəti) dövləti və ordusu tərəfindən tək tərəfli bitirildiyi açıqlanıb. 24 iyul gecəsi saat 23 radələrində işğalçı türk ordusuna aid çox sayda qırıcı təyyarə Mətbuat Müdafiə Sahələrimizdən başda Behdinan bölgəsi olmaqla intensiv bombardımana başlamışdır. Bomabrdıman fasiləsiz davam edərkən 25 iyul gecənin yarısı 01.00-dən etibarən də Kandil və Xakurkedə də intensiv bombardıman başlamışdır. Bu bombardımanla atəşkəsin hüquqi qüvvəsi qalmamışdır. Bu bombardımanların nəticəsi və bu əməliyyatlar barədə ətraflı məlumat ən yaxın zamanda xalqımıza və ictimaiyyətə məlumat veriləcək.” – deyə terror təşkilatının bəyanatında bildirilir. 

Qeyd edək ki, bu gecə Türkiyə Silahlı Qüvvələrinə aid (TSK) qırıcı təyyarələr Şimali İraqa daxil olaraq PKK terror təşkilatına aid hədəfləri bombardıman edib. 

Bundan əvvəl isə PKK terrorçuları iyulun 20-də Şanlıurfanın Suruc rayonunda baş verən terror hadisəsini bəhanə edərək Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçirmişdilər.

 


Türkiyə ordusuna aid qaubisa topu

 

Bu səhər isə Türkiyə Silahlı Qüvvələrinin (TSK) PKK terrorçularına qarşı quru əməliyyatı keçirməsi barədə məlumat yayılıb. ANS PRESS-in məlumatına görə, Çukurca 2-ci sərhəd briqadası qoşunlarına bağlı İşıklı 3-cü sərhəd taboru Gezgintepe bölgəsindən 40 km mənzili olan Qaubisa topları ilə terror təşkilatına aid Şimali İraqda olan hədəfləri intensiv atəşə tutub. Təxminən 1 saat davam edən atəş nəticəsində müəyyən olunan hədəflərin müvəffəqiyyətlə məhv edildiyi bildirilib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar