Telman İsmayılova rəsmi ittiham sürüldü - KİLLER HƏBS OLUNUB
05.12.2017 1563 0.0 0

Azərbaycanlı milyarder Telman İsmayılov iki iş adamının qətlini sifariş verməkdə, habelə qanunsuz silah dövriyyəsində təqsirləndirilir.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin Xüsusilə Mühüm İşlər üzrə İstintaq İdarəsi iş adamına qarşı rəsmi ittiham irəli sürüb.

 

İttiham aktına görə, T.İsmayılov ötən il biznesmenlər Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş verib və bu planı qardaşları Rafiq və Vaqif İsmayılovlarla birlikdə hazırlayıb. Qətllər isə Mehman Kərimov adlı azərbaycanlı tərəfindən törədilib.

 

"2016-cı ilin 15 mayında avtosalonlardan birində öldürülən şəxslərin meyitləri sonradan Rafiq və Vaqif tərəfindən ərazidən götürülüb" - deyə, ittiham aktında bildirilir.

 

İstintaq komitəsi Rafiq İsmayılov və Mehman Kərimovun həbs olunduğunu, İsmayılov qardaşları barəsində isə qiyabi həbs qərarı verildiyini bildirib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar