Televiziya tarixinin ən qorxulu serialı
28.10.2019 553 0.0 0

“Rolling Stone” jurnalı televiziya tarixinin ən qorxulu seriallarının siyahısını tərtib edib.

Qazeta.info "Ölkə.Az"-a istinadla bildirir ki, siyahıya başçılığı Devid Linçin çoxseriyalı “Tvin Piks” dramı edir. Serialın ilk seriyası 1990-cı ildə ekranlara çıxıb.

İlk üçlükdə həmçinin elmi-fantastik “Alatoran zona” (1959) və “Hannibal” (2013) serialları da var.

Siyahını nəşrin jurnalistləri tərtib edib. Ümumilikdə siyahıda 30 serialın adı yer alıb. Onların içində “Gəzən ölülər”, “Fövqəltəbii”, “Çox qəribə iş” kimi məşhur çoxseriyalı filmlər də var. Siyahını 1990-1996-cı illərdə yayımlanmış “Qaranlıqdan qorxursanmı?” seriyalı qapayır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar