Telefonu itənlərin nəzərinə (VİDEO)
07.04.2015 1009 0.0 0

İtirilmiş telefonlarla bağlı daha bir yenilik tətbiq olunub.

ANS TV-nin məlumatına görə, əgər itmiş, ya da oğurlanmış telefonunuzun sadəcə rəngi və markasını bilirsinizsə, onda onu axtarmağa dəyməz. Bunun üçün heç polisə də müraciət etmək lazım deyil. Çünki vaxt itkisidir, onlar üçün də, sizin üçün də. Səbəb isə sizin itirdiyiniz barədə əhəmiyyətli olan xüsusiyyətlər barədə məlumatsızlığınızdır. 

Telefon satıcısı Ruslan məsləhət görür ki telefonu itən alıcı ilk növbədə polisə müraciət etsin. Çünki, polis telefonun arxasında 15 rəqəmdən ibarət olan İMEİ kodu vasitəsilə onu axtarışa verir. Telefonu tapma müddəti 10 gündən 1 aya kimi uzana bilər. 

Bəs itmiş telefonu tapmaq üçün hansı məlumatlara sahib olmalıyıq və nələri bilməliyik? İlk öncə telefonun identifikasiya kodunu (İMEİ). Bu kodu telefonun qutusunun üstündən, akkumlyator batareyasının altından və telefona *#06# yığmaqla öyrənmək olar. Bu məlumatı bildikdən sonra itmiş və ya oğurlanmış telefonun axtarılması barədə düşünmək olar. Əgər telefonunuz oğurlanıbsa, gec-tez o telefon istifadə edilərkən mobil operator vasitəsiylə yerini müəyyənləşdirmək mümkündür. Amma heç bir operator bu məlumatı sizə verməyəcək. Ona görə də ilk növbədə polisə müraciət etmək lazımdır . 

Telefonu itən və ya oğurlanan şəxsin atacaği növbəti addım bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaratdığı “1677” nömrəli qaynar xəttə məlumat verməkdir. Bundan dərhal sonra həmin cihaza sms göndərilir. Bununla itmiş telefonu tapan şəxsə məlumat verilir ki, dərhal onu polisə təhvil versin. Əks halda qaydalara uyğun olaraq ölçü götürülür.

RYTN-nin rəsmisi Zakir Qasımov deyir ki, hər il müraciət əsasında 33%-40% arası itirilmiş telefonlar tapılaraq öz sahibinə qatarılır. Əgər itirilmiş telefon sahibi və ya ondan istifadə edən şəxs tərəfindən bu barədə məlumat verilirsə dərhal 24 saat ərzində telefon qapadılır.

Nazirlik rəsmisinin sözlərinə görə, son 1 ildə quruma telefon axtarışı ilə bağlı 1000-dən çox müraciət daxili olub. Mobil cihazlarin İMEİ kodlarının qeydiyyat sistemi işə düşdükdən sonra itən telefonların tapılma halları 30-40 faiz artıb. Ölkə daxilində tamamilə funksiyasız qalan mobil telefon lazımsız bir əşyaya çevrilir. Buna görə, onu tapan və ya oğurlayan şəxsin telefonu özündə saxlamağı da mənasız olur. İndi telefon oğruları yalnız cihazların detallarını satmağa ümid edə bilər ki, belə xırda məbləğə üçün həbsə düşməyi gözə alanlar azdır. Amma düşünməyin ki, bu yolla telefonunuzu hər zaman tapacaqsınız. İş ondadır ki, savadlı proqramistlər telefonun mühafizə sistemini sındıra və İMEİ kodunu dəyişə bilər. Bundan əlavə, əgər sizin telefonunuz artıq xaricə aparılıbsa, onda bizim polislər heç nə edə bilməzlər./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar