Tbilisi-Bakı qatarının hərəkətində problem yaranıb
18.10.2016 646 0.0 0

“Tbilisidən Bakı istiqamətinə gələn qatar Zəyəm stansiyasına daxil olarkən, 3 vaqonunun təkər cütləri yerə düşüb”.

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "APA-Economics"ə açıqlaması zamanı bildirib.

 

N.Əzməmmədovun sözlərin görə, baş verən hadisə nəticəsində vaqon aşmayıb.

 

“Qatar stansiyaya daxil olarkən sürətli olmayıb. Hazırda Gəncə bərpa qatarı vaqonların qaldırılması istiqamətində işlər həyata keçirir. Yolda isə hərəkət dayanmayıb. Bir yolla biz qatarların hərəkətini təmin edirik”, - deyə N.Əzməmədov əlavə edib.

 

Qurum sözçüsünün sözlərinə görə, hadisə nəticəsində zərər çəkən olmayıb, qrafikdə heç bir dəyişiklik baş verməyib: “Bakıya və Tbilisiyə gedən qatarlar vaxtında mənzil başına çatıb. 1-2 saatdan sonra ikinci yolu da açacağıq”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar