Tatarıstan yenə müstəqillik tələb edir
29.11.2015 822 0.0 0

Tatarıstanın paytaxtı Kazan şəhərində “Tatarıstan dövlətçiliyinin problemləri” adlı elmi-praktik konfrans keçirilib. Tədbirlə bağlı göndərilən dəvətnamələrdə isə əsasən “Tatarıstan preizdenti vəzifəsi necə saxlanılsın” sualı xüsusi vurğulanırdı. Vətəndaş cəmiyyəti fəallarının, alimlərin, keçmiş deputatların qatıldığı tədbirdə də əsasən bu məsələ müzakirə edilirdi.
Məlum olduğu kimi, federal qanun respublika rəhbərləri üçün “prezident” vəzifəsini ləğv edib. Bu vəzifə yalnız Tatarıstan rəhbəri Rüstəm Minnixanov üçün saxlanılıb. Qanun 2015-ciilin sonuna qədər bu vəzifənin adını dəyişdirilməsini tələb edir.
Konfransın əsas mövzusundan əlavə iştirakçılar tatar xalqının problemlərinə də toxunublar. Əsasən tatar dilində təhsil almağın mümkünsüzlüyü barədə danışılırdı.
Sonda qəbul olunan qətnamədə isə iştirakçılar Dövlət Şurasına Tatarıstanın 1992-ci il konstitusiyasının əsas maddələrini bərpa etməyi təklif edib. Bu maddələrdə qeyd olunurdu:

– Tatarıstan – suveren dövlətdir, beynəlxalq hüququn subyektidir,
– Tatarıstan respublikasının qanunları öz ərazisində hakimlik edir,

– torpaq və onun sərvətləri xalqa məxsusdur.


Bu maddələr bərpa olunandan sonra Tatarıstan ərazisində 5 il müddətində konstitusiyanın dəyişdirilməsinə moratorium qoyulsun.
“Tatarıstan prezidenti” vəzifəsinin saxlanılmasına gəldikdə, qətnamə müəllifləri RF Dövlət Dumasına bu vəzifənin saxlanılması üçün qanuna dəyişiklik etməyi təklif edib./azadliq.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar