Taleh Bağırovun cinayət işi İstintaqa verilib
27.11.2015 674 0.0 0

Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı saxlanılan Taleh Bağırov və digər 13 nəfər barəsində başlanmış cinayət işinin istintaqını aparan qurum məlum olub. Qazeta.info  bildirir ki, bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib.

Məlumata görə, 14 nəfər barəsində cinayət işi Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. Hazırda həmin idarədə istintaq davam edir.

Bildirilir ki, hələlik saxlanılan şəxslər vəkillə təmin edilməyib. Buna görə də həmin şəxslərin harada saxlanılması barədə məlumat yoxdur.

Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həlak olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar