Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
10.10.2016 604 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Ramin Ələkbərov zərərçəkmiş və şahid qismində ifadə verib.
 
Bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu Rayon Polis İdarəsinin qarşısında toplaşaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Hadisə zamanı polis əməkdaşlarına daş atılıb və polislərdən bir nəfər xəsarət alıb, R. Ələkbərovun qalxanı sınıb, qandalı isə itib.
 
Zərərçəkmiş şəxs, Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri Ələkbərov Ramin Fikrət oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman “Motorolla MTP 850” markalı radiorabitə vasitəsinin korpusunun sındığını, 1 ədəd əl qandalının itdiyini, 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanının isə onlara atılan daş, dəmir parçalarının dəyməsi nəticəsində çatladığını göstərib.
 
Daha sonra vəkillərin sualların cavablandıran şahid təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını, itmiş əşyaya görə raportla idarə rəisinə müraciət etdiyini, hər hansı tələbinin olmadığını deyib.
 
Fuad Qəhrəmanlı isə deyib ki, ona burada olan təqsirləndirilən şəxslərdən heç kim zərər vurmayıb. O, R. Ələkbərovdan zərərçəkmiş statusundan imtina edib-etməməsi barədə soruşub. R. Ələkbərov imtina etmədiyini deyib.
 
Daha sonra həmin hadisələr zamanı saxlanılan və hazırda həbsdə olan Anar Əliyev şahid qismində ifadə verib. O bildirib ki, həmin gün asayişi pozmayıblar, heç kimə daş atmayıblar, Elçin Qasımovun nəyə görə həbs olunduğunu öyrənmək üçün idarəyə gediblər. O, saxlanılan zaman fiziki təzyiqə məruz qaldığını iddia edib.
 
Anar Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində isə göstərib ki, 2015-ci ilin aprel ayında “Müsəlman Birliyi” Hərəkatının Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirində iştirak edib, orada Hərəkatın idarə heyətinin sədri Elçin Qasımov, idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovla tanış olaraq həmin gün Hərəkata üzv olub. Lakin Hərəkatda hər hansı vəzifəsi və öhdəliyi olmayıb, bir dəfə də həmin ünvanda “Müsəlman Birliyi” Hərəkatının seminarında iştirak edib. 5 noyabr 2015-ci il tarixdə saat 21 radələrində evdə olarkən “facebook” sosial şəbəkədə Elçin Qasımovun polis idarəsinə aparılmağını öyrənib. O da həbsin səbəbini öyrənmək üçün taksi ilə tək Sabunçu RPİ-nin qarşına gəlib. Orada gözləyən zaman polis əməkdaşları onu tutub idarəyə aparıblar.
 
Daha sonra Sabunçu RPİ-nin əməkdaşı Yaqub Abbaslı şahid və zərərçəkmiş kimi ifadə verib. O, 5 noyabrda baş verən hadisə zamanı xəsarət aldığını, dəbilqəsinin və dəyənəyinin itdiyini, təqsirləndirilən şəxsləri tanımadığını, hər hansı tələbinin olmadığını deyib.
 
Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri Abbaslı Yaqub İbrahim oğlu iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman 1 ədəd əl qandalı, 1 ədəd qaz balonu və 1 ədəd rezin dəyənəyinin itdiyini, onlara atılan daş və dəmir parçalarının dəyməsi nəticəsində 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanının isə çatladığını göstərib.
 
Vəkil Yalçın İmanov onun hazırda təqsirləndirilən şəxslərlə nə əlaqəsinin olduğunu, məhkəməyə nəyə gəldiyini soruşub. O, çağırıldığı üçün gəldiyini deyib. Hakim Əlövsət Abbasov isə deyib ki, onların adları zərərçəkmiş şəxslərin siyahısında olduğu üçün çağırılıb dindirilirlər.
 
Daha sonra iclasda şahid qismində hazırda həbsdə olan Niftəli Vəliyev ifadə verib. O, təqsirləndirilən şəxsləri tanımadığını, noyabrın 5-də məsciddə olan zaman Elçin Qasımovun həbs olunmasını eşitdiyini, həbsin səbəblərini öyrənmək üçün idarənin qarşısına getdiyini deyib. Polislər onları həbs ediblər. Ona 20 sutka inzibati həbs verilib. Noyabrın 26-da Nardaran hadisələri baş verəndən sonra yenidən həbs ediblər və bu zaman barəsində cinayət işi başlanılıb.
 
Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmiş Vəliyev Niftəli Əşrəf oğlu iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərib ki, Maştağa qəsəbə sakini olan Elçin Qasımovu 5-6 ildir ki, tanıyır. Onun “Əbülfəz Ağa” məscidində dini söhbətlərinə qulaq asıb. 5 noyabr 2015-ci il tarixdə saat 20 radələrində həmin məsciddə olarkən Elçinin polislər tərəfindən tutulduğunu eşidib və səbəbini öyrənmək üçün idarənin qarşısına gedib. Oraya toplaşan şəxslərdən 2-3 nəfər idarəyə gedərək danışıq aparıb. Onlara Elçin Qasımovun buraxılacağı deyilib. Bundan sonra polislər səsgücləndirici ilə onlardan getmələrini tələb etsələr də, onlar buna məhəl qoymayıblar. Bu zaman polislərlə qarşıdurma yaranıb. Polislər onu həbs ediblər.
 
Daha sonra şahid qismində hazırda həbsdə olan Lətif Əhmədov ifadə verib. O da Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün idarənin qarşısına getdiyini, polisə müqavimət göstərmədiklərini deyib. 
 
Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmiş Əhmədov Lətif Süleyman oğlu ibtidai istintaq zamanı ifadələrində göstərib ki, 2015-ci ilin mart ayında Elçin Qasımovla tanış olub və sonuncunun dəvəti ilə “Müsəlman Birliyi” Hərəkatına üzv olub. 5 noyabr 2015-ci il tarixdə saat 19 radələrində Maştağa qəsəbəsində yaşadığı məhəllədə olarkən Elçin Qasımovun tutularaq Sabunçu RPİ-nə aparıldığını eşidib və kənddə olan uşaqlarla gedib bunun səbəbini öyrənməyi qərara alıb. Onlar çoxsaylı avtomobillərlə Sabunçu Rayon Polis İdarəsinin qarşısına gəlib orada 100-150 nəfərin yığıldığını görüb. Polis əməkdaşları səsgücləndirici vasitəsi ilə onlardan idarənin qarşısını tərk etməyi tələb edib. Bir az kənarlaşandan sonra ara qarışıb və ətrafı səs-küy bürüyüb. Polis əməkdaşları idarənin qarşısına toplaşmış şəxsləri tutmağa başlayıb. Həmin vaxt polis əməkdaşları onu da tutaraq polis idarəsinə aparıblar.
 
İclasda şahid qismində hazırda həbsdə olan Elvin Bünyadov da oxşar ifadə verib. Bildirib ki, saxlanılan zaman onun üzərindən qanunsuz olan heç bir əşya çıxmayıb.
 
Cinayət Məcəlləsinin 233, 228.4 və 315.2-ci maddələri ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmiş Bünyadov Elvin Hatif oğlu ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərib ki, 5 noyabr 2015-ci il tarixdə saat 20 radələrində Bakıxanov stansiyasında yerləşən işlədiyi sexdən çıxıb namaz qılmaq üçün “İmam Rza” məscidinə gedib. Namazdan sonra Sabunçu RPİ-nin arxa tərəfində yerləşən çayxanaya çay içməyə gedib. Çayxanada oturub çay içən zaman Sabunçu Rayon Polis İdarəsi tərəfdən maşınların sirena səsini eşidib. Maraq üçün çayxanada oturan digər şəxslərlə birlikdə səs gələn tərəfə gedib. Polis idarəsinin yaxınlığında olan avtomobil təmiri sexinin içindən təcili yardım stansiyası tərəfdən Sabunçu RPİ-nə tərəf gedən yola çıxıb. Bu zaman sağ tərəfdə polis avtobusu və zirehli maşın görüb, yolda 100 nəfərə yaxın kişi olub. Həmin şəxslərə yaxınlaşanda Elçin Qasımov adlı ruhaninin saxlanıldığını və onun buraxılması üçün yığışdıqlarını öyrənib. Elçin Qasımovu şəxsən tanımasa da, ibadətlə məşğul olduğu üçün internetdə bir neçə dəfə onun çıxışlarına qulaq asıb. Bu vaxt səs-küy qopub və yığışmış şəxslər polis idarəsinin qarşısına tərəf gediblər. Bu zaman arxadan kimlərsə polis işçilərinə tərəf daş atmağa başlayıb. Qabaqda olduğundan arxadan daş atan şəxsləri görməyib. Camaat polis işçilərinə daş atmağa başlayandan sonra polislər onları tutmağa başlayıb. Onu da “Asan Xidmət”in yanında polis formasında olan 4-5 nəfər tutub “QAZel” markalı maşına mindirib, daha sonra Sabunçu RPİ-nə aparılıb sorğu-sual edilib. Həmin vaxt üzərinə baxış keçirilərkən əynində olan gödəkcənin cibindən 1 ədəd beşbarmaq aşkar edilib. Bildirib ki, həmin beşbarmağı məlum hadisədən 1-2 ay əvvəl yaşadığı evin yanında küçədən tapıb.
 
Daha sonra iclasda şahid qismində hazırda həbsdə olan Sahil Rzayev ifadə verib. O bildirib ki, Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün idarənin qarşısına gedib. Bu zaman onu həbs ediblər. Daha sonra barəsində cinayət işi başlayıb, Taleh Bağırovun əleyhinə ifadə almaq istəyiblər. O, polis idarəsində, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını deyib. Bildirib ki, onu 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediblər.
 
Rzayev Sahil Xalid oğlu ibtidai istintaq zamanı ifadələrində göstərib ki, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən Ağaəli Yəhyayevlə tanış olub, azadlığa çıxandan sonra da onunla bir-neçə dəfə görüşüb, 2015-ci ilin yay aylarında A. Yəhyayevin təklifi ilə “Müsəlman Birliyi” Hərəkatgna üzv olub. Həmin hərəkatın lideri Taleh Bağırovu və müavini Elçin Qasımovla tanış olub. 5 noyabr 2015-ci il tarixdə təxminən saat 17 radələrində Elçin Qasımovun saxlanıldığını eşidib, Sabunçu Polis İdarəsinin qarşısına gedib. Həmin vaxt oraya yığışan dindarlar Elçin Qasımovun azadlığa buraxılmasını tələb ediblər. Bu zaman polis əməkdaşları onları saxlayıblar.
 
Proses oktyabrın 14-də davam edəcək.
 
 
***
 
saat 13.37
 
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Ramil Ələkbərov zərərçəkmiş və şahid qismində ifadə verib.
 
Bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu Rayon Polis İdarəsinin qarşısında toplaşaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Hadisə zamanı polis əməkdaşlarına daş atılıb və polislərdən bir nəfər xəsarət alıb, R. Ələkbərovun qalxanı sınıb, qandalı isə itib.
 
Daha sonra vəkillərin sualların cavablandıran şahid təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını, itmiş əşyaya görə raportla idarə rəisinə müraciət etdiyini, hər hansı tələbinin olmadığını deyib.
 
Daha sonra həmin hadisələr zamanı saxlanılan və hazırda həbsdə olan Anar Əliyev şahid qismində ifadə verib. O, bildirib ki, həmin gün asayişi pozmayıblar, heç kimə daş atmayıblar, Elçin Qasımovun nəyə görə həbs olunduğunu öyrənmək üçün idarəyə gediblər. O, saxlanılan zaman fiziki təzyiqə məruz qaldığını iddia edib.
 
Daha sonra Sabunçu RPİ-nin əməkdaşı Yaqub Abbaslı şahid və zərərçəkmiş kimi ifadə verib. O, 5 noyabrda baş verən hadisə zamanı xəsarət aldığını, dəbilqəsinin və dəyənəyinin itdiyini, təqsirləndirilən şəxsləri tanımadığını, hər hansı tələbinin olmadığını deyib.
 
Proses günün ikinci yarısında davam edəcək.
 
 
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
 
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar