Tale Heydərov: Məqsədimiz qrupda iştirak etməkdi
07.08.2015 741 0.0 0

UEFA Avropa Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasında “Qəbələ” öz meydanında Cənubi Kipr təmsilçisi “Apollon”u qəbul edib. Təmsilçimiz rəqibini məğlub edərək (1:0) pley-off mərhələsində oynamağa haqq qazanıb.

Oyundan sonra “Qəbələ” klubunun prezidenti Tale Heydərov müsahibə verib.

- Oyunla bağlı təəssüratlarınızı bildirin zəhmət olmasa...
- Bu mərhələyə qədər gələcəyimizi gözləmirdik. Çox sevindirici haldı ki, komanda bunu bacardı. Bu, bizim üçün böyük uğurdu. Davamının gəlməsini arzulayırıq.

- Pley-off daha çətin mərhələdi. Bununla bağlı nə deyə bilərsiniz?
- Bayaq da qeyd elədim, inanmırdıq ki, bu səviyyəyə gələk çataq. Komanda sağ olsun ki, bura qədər irəliləyə bildi. Bundan sonrakı mərhələni keçmək daha da çətin olacaq. Ancaq məqsədimiz pley-offu da keçmək və qrupa düşməkdi. Oyunçular da əllərindən gələni edəcəklər ki, uğur qazansınlar.

- Növbəti mərhələyə kimi müəyyən qədər vaxt var. Yeni futbolçunun transferi mümkündürmü?
- Mümkündür. Hazırda bu istiqamətdə danışıqlar gedir. Hücumameyilli bir futbolçunun keçidini həll etmək istəyirik. Bununla bağlı məşqçilərlə söhbət etmişik.

- Pley-off mərhələsindəki ev oyununun daha böyük stadionda keçirilməsi gündəmdədimi?
- Əlbəttə, bu variant var. Müzakirə olunacaq. Biz istənilən arenada oynamağa hazırıq. “Bakcell Arena”da da azarkeşlər gəlir dəstəkləməyə, ümid edirəm ki, digər stadionlara da gələcəklər. Yeri gəlmişkən bütün azarkeşlərimizə təşəkkür edirik, bizi tək qoymadılar. Hər zaman dəstəklərini yanımızda hiss edirik.

- Oyunçulara mükafat veriləcəkmi? Məbləğ təxminən nə qədər olacaq?
- Oyunçuların bu uğuru mütləq mükafatlandırılacaq. Biz onları daha da həvəsləndirmək üçün bunu edirik. Ancaq konkret bir rəqəm deyilməyəcək. Yeri gəlmişkən deyim ki, keçən mərhələdən sonra mətbuatda bir rəqəm yazılmışdı, o çox şişirdilmiş rəqəm idi. Həqiqəti əks etdirmir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar