Taksi ilə vurulan 60 yaşlı kişi xəstəxanada ölüb
21.10.2019 573 0.0 0

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Abşeron rayonunda “Mercedes” markalı avtomobillə vurulan piyada yerləşdirildiyi 1 saylı Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.

“Report” xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Artıq sürücü polis tərəfindən saxlanılıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar