Taekvondoçularımız `President Cup` turnirini 5 medalla başa vurublar
15.03.2022 560 0.0 0


Tehranda keçirilən Asiya regionu üzrə “President Cup” turnirinə yekun vurulub.

Qazeta.info xəbər verir ki, yarışın sonuncu günündə daha bir taekvondoçumuz fərqlənib. Belə ki, 87 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Radik İsayev yarışı bürünc medalla başa vurub.

Üç gün davam edən yarışda komandamızın digər üzvlərindən Taleh Süleymanov (87 kq) və Fəridə Əzizova (67 kq) gümüş, Eltac Qafarov 74 kq) və Patimat Abakarova (53 kq) bürünc medala sahib olublar.

Beləliklə, böyüklərdən ibarət yığma komandamız yarışda iki gümüş və üç bürünc medal qazanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar