Təyyarədə sərnişini əqrəb sancıb
14.04.2017 766 0.0 0

Xyustondan Kalqariyə uçan "United Airlines" aviaşirkətinin təyyarəsində sərnişini əqrəb sancıb.

"CNBC"yə istinadən verilən məlumata görə, Riçard Bell adlı sərnişin yemək yediyi zaman baqaj rəfindən onun üzərinə əqrəb düşüb və sərnişinin barmağından sancıb. Heyət üzvləri gələcək təlimatlar almaq üçün dərhal həkim ilə əlaqə saxlayıblar.

"Tibbi heyət təyyarə Kalqaridə endikdən sonra sərnişinə lazımi kömək göstəriblər", - aviaşirkətin nümayəndəsi deyib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar