Tərtər sakini xüsusi amansızlıqla öldürülüb
12.10.2016 960 0.0 0

Tərtərdə qətl törədilib.
 
Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini, 33 yaşlı Səxavət Musayevin üzərində çoxsaylı kəsilmiş-deşilmiş və sınıq xəsarətləri olan meyiti rayonun Şıxarx qəsəbəsi ərazisində tapılıb.
 
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Musayevi xüsusi amansızlıqla öldürən şəxslərin Ağdam rayon sakinləri Aqil Aslanov, Şaiq Həsənov və Səxavət Orucov olması müəyyən edilib. Hər üç şəxs tutulub.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar