Təmir-tikinti ləvazimatları oğurlayan usta tutulub- Video
10.01.2022 335 0.0 0

Nardaran qəsəbəsində bağ evindən 5 min manatlıq təmir-tikinti ləvazimatları oğurlayan usta və onun tanışları saxlanılıblar.

Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsi Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Cavidan Namazov tanışları Tural Həşimoov və Nihat Əliyev tutulublar. Araşdırma zamanı onların qeyd edilən bağ evindən ümumilikdə 5 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurladıqları məlum olub. 
Qeyd edək ki, saxlanılan şəxslərdən biri Cavidan Namazov hadisə baş verən evdə usta işləyib. Onun təklifi ilə dəstə üzvləri həmin mənzildən oğurluq ediblər.
Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar