Sürücülərin nəzərinə!
16.10.2015 564 0.0 0

Bakının Neftçilər prospektinin Nobel prospekti ilə birləşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Məlumata görə, yolun bir qisminin bağlanmasına səbəb ərazidəki dəmiryolu relslərinin yenilənməsidir.
 
İşin icrası ilə bağlı əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. "Azeryolservis" ASC-nin ərazidə olan əməkdaşlarından APA-ya verilən məlumata görə, dəmiryolu reyslərinin dəyişdirilməsi ilə əlaqədar əraziyə lazımı texnika və canlı qüvvə cəlb olunub.  Onların sözlərinə görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən sifariş verilən işin icrasını Azərbaycan Dəmir Yolları QSC və Nəqliyyat Nazirliyinin "Azeryolservis" ASC-i həyata keçirir.
 
Qeyd edək ki, sözügedən ərazidə aparılan işlə bağlı Neftçilər prospektindən Nobel prospektinə girən sürücülərə xəbərdarlıq etmək məqsədi ilə monitorlar quraşdırılıb. Eyni zamanda yola xüsusi xəbərdarlıqedici nişanlar düzülüb.
 
Qeyd edək ki, mərhələli şəkildə həyata keçiriləcək reyslərin dəyişdirilməsi oktyabrın 19-da yekunlaşacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar