SÜRÜCÜLƏRƏ VAHİD FORMA TƏTBİQ OLUNACAQ-VİDEO
11.02.2015 850 0.0 0

Avropa Oyunları ilə əlaqədar avtobus sürücüləri üçün yeni geyim formalarının tikilməsinə başlanılıb. 

ANS TV-nin məlumatına görə, bu yeni geyimlər təkcə avtobus sürücülərinə deyil ,həmçinin taksi sürücülərinə də şamil ediləcək. London taksiləri ilə yanaşı qanuni fəaliyyət göstərən taksi sürücüləri də yeni geyimlə təchiz olunacaqlar.

NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov avtobus sürücülərin geyimlərinin artıq hazır olduğunu və hər kəsin geyiminin eyni olacağını deyir. Onun sözlərinə görə, bu geyim əvvəl fəaliyyət göstərən London taksilərinin də sürücülərinə şamil olunacaq. Artıq 500 ədəd yeni London taksiləri gətirilib. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar