Suriyada Türkiyə ordusunun daha 2 əsgəri həlak olub
24.02.2017 592 0.0 0

Türkiyə ordusu Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində növbəti itki verib. 

“Hürriyet”ə istinadən verilən məlumata görə, Əl-Bab şəhərinin cənubunda mina partlayışı nəticəsində Türkiyə ordusunun 2 əsgəri həlak olub, 3 əsgər yaralanıb.  

Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur. 

Bu arada İŞİD terrorçuları Əl-Bab yaxınlığındakı Susiyan kəndində Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusunun nəzarət postuna bombalı maşınla hücum edib. Partlayış nəticəsində Azad Suriya Ordusunun 6 döyüşçüsü, 27 mülki şəxs həyatını itirib, 100-ə yaxın yaralı var. Yaralılar Türkiyənin Kilis şəhəri və ətraf rayonlardakı xəstəxanalara gətirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar