Suriyada terrorçuların lideri öldürüldü
26.12.2015 587 0.0 0

 

Suriya hökumət qüvvələri tərəfindən ötən gün keçirilən xüsusi əməliyyat zamanı Dəməşq ətrafındakı Quta yaşayış məntəqəsində, terrorçuların cəmləşdiyi əsas nöqtələrdən birinə aviazərbələr endirilib.

 

APA TV-nin BBC-yə istinadən xəbərinə görə, nəticədə "Ceyş-əl-İslam" terrorçu qruplaşmasının lideri Zəhran Alluş öldürülüb.


Onun adı Suriya ordusuna qarşı həyata keçirilən çoxsaylı hücumların təşkilində hallanırdı. Onun öldürülməsindən sonra qruplaşmaya kimin başçılıq edəcəyinin adı açıqlanıb.

Verilən məlumatlarda bu şəxsin Əbu Homam Essam əl-Budani olduğu bildirilib. Suriya İnsan Hüquqları Təşkilatı faktı təsdiqləyib.

 

Qeyd edək ki, Zəhran Alluş 2012-ci ildən bəri axtarışda olub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar