Suriyada təyyarə qəzası, 35 ölü (FOTO)
03.08.2015 551 0.0 0

Suriyada təyyarə qəzaya uğrayıb. Məlumata görə, hadisə Türkiyə ilə sərhəddə yerləşən İdlib şəhərində, Eriha qəsəbəsində baş verib. 

Anadolu agentliyinin (AA) məlumatına görə, qəza nəticəsində 35 nəfər ölüb. Erihadakı mülki müdafiə idarəsinin rəsmisi Rami Kurabi AA-ya açqılamasında vurulan təyyarənin B.Əsəd tərəfdarlarına aid olduğunu deyib. 

"Əsəd güclərinə aid bir hərbi təyyarə bazarın ərazisinə düşüb. Nəticədə 35 mülki şəxs həyatını itirib. 120 nəfər isə yaralanıb". 

Təyyarənin vurulduğu yerdə altı bina yerlə yeksan olub. Ölü və yaralılar binanın dağıntıları arasından çıxarılıblar. 

 


Qəza baş verən Eriha qəsəbəsi


Suriya İnsan Haqları Müşahidə Təşkilatının başçısı Rami Abdülrahman təyyarənin qəsəbəni bombaladıqdan sonra qəzaya uğradığını iddia edib. Onun sözlərinə görə, alçaqdan uçan təyyarədə texniki nasazlıq yaranıb. 

"Associated Press" agentliyi bir zaman Əsəd rejiminin qalalarından olan Erihanın may ayaında müxalifət qüvvələrinin əlinə keçdiyini bildirib. /anspress/

 

Qəza baş verən ərazinin xəritəsi


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar