Suriyada Rusiya generalı minaya düşüb
03.03.2017 617 0.0 0

Suriyanın Palmira şəhəri uğrunda döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin generalı ağır yaralanıb.

 

“fontanka.ru” saytına istinadən verilən məlumata görə, Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə idarə rəisi, general-mayor Pyotr Milyuxin Palmira yaxınlığında minaya düşüb. Nəticədə ayaqlarını və bir gözünü itirib.

 

Sayt hadisənin 1 həftə əvvəl baş verdiyini və generalın Moskvadakı Burdenko adına hospitala gətirildiyini yazıb. “O, bizdədir. Bundan artıq nəsə deməyə hüququmuz yoxdur”, - deyə hospitalın 56-cı şöbəsindən bildirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar