Suriyada iranlı polkovnik öldürülüb-FOTO
19.10.2015 568 0
Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb.
ABNA-ya istinadən verilən xəbərinə görə, İran İnqilab Keşikçiləri Korpusunun “Ya Zəhra” taborunun komandanı polkovnik Müslim Xizabın Suriyada öldürüldüyü bildirilir.
Xəbərdə İranda İmam Hüseyn diviziyasının nəzdindəki “Ya Zəhra” taborunun komandanı Xizabın Suriyada hərbi məsləhətçi kimi fəaliyyət göstərdiyi qeyd olunub. Onun Suriyanın hansı bölgəsində və kimlər tərəfindən vurulduğu açıqlanmır.
Qeyd edək ki, son iki həftədə Suriyada İran İnqilab Keşikçiləri Korpusunun 5 yüksək rütbəli zabiti öldürülüb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər