Suriya Milli Koalisiyası Lavrovla görüşməkdən imtina edib
26.01.2017 590 0.0 0

Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) müxalifətçilərin yanvarın 27-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçiriləcək görüşündə iştirak etməyəcək.
 
 “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə SMİQMK-nın yaydığı məlumatda bildirilir.
 
Lavrovun Suriya daxilində və xaricdə fəaliyyət göstərən müxalifətçilərdən ibarət nümayəndə heyəti ilə görüşəcəyi gözlənilir. Qeyd olunan SMİQMK Suriya hüdudlarından kənarda fəaliyyət göstərir.   
 
Görüşdən imtinanın səbəbi açıqlanmır.  
 
Məlumata görə, Moskva görüşünə 25 müxalifətçi dəvət olunub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar