Süni qızıl hazırlanacaq
06.09.2016 698 0.0 0

İsrailin Texnion universitetinin tədqiqatçılar ilk dəfə olaraq laboratoriya şəraitində süni qızıl yetişdirməyə nail olublar.

 

Məlumata görə, bu barədə “Jerusalem Post” xəbər yayıb. Bu kəşf universitetin mühəndislik fakültəsinin aspirantı, professor Boaz Pokroyun rəhbərliyi altında çalışan Mariya Koyfman Kristosofun əl işidir. Alimlər süni qızılın alınması prosesinin təfərrüatlarını “Nature Communications” jurnalında dərc etdiriblər.

 

Qeyd edək ki, Texnion İsrailin texniki elmlər üzrə ixtisaslaşmış aparıcı ali məktəblərindən biridir. Ötən əsrin 80-ci illərində optik liflərin ixtirası məhz burada reallaşıb. Universitetin əməkdaşları kimya elminin inkişafına böyük töhfə veriblər.

 

Bu səbəbdən Texnionda dünyada ilk dəfə süni qızılın yetişdirilməsi heç də təəccüblü deyil. "Süni qızıl yaradılması üzərində biz sırf elmi maraq güdmüşük”, - deyə Mariya Koyfman Kristosof bildirib. O, qeyd edib ki, alınmış material təbii qızıl qarşısında bir çox potensial üstünlüyə malikdir.

 

Yüksək elektrik və istilik keçiriciliyi qabiliyyətinə malik süni qızıl yüksək temperatura qarşı davamlılığı, habelə möhkəm olması ilə seçilir./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar